Türkiyə MN: Azərbaycanlıların 31 mart soyqırımını unutmadıq, unutdurmayacağıq
Türkiyənin Milli Müdafiə Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.
Crossmedia.az xəbər verir ki, nazirlik bu barədə "X" sosial media hesabında yazıb. "Tarixə qara ləkə kimi düşən bu acı dolu günlərdə erməni silahlı dəstələri tərəfindən minlərlə günahsız azərbaycanlı amansızcasına qətlə yetirilib. Qardaşlarımıza qarşı törədilən soyqırımı unutmadıq, unutmayacağıq və unutdurmayacağıq! Şəhidlərimizi rəhmət, minnətdarlıq və ehtiramla yad edirik".
11:05 31.03.2026
Oxunuş sayı: 50