Azərbaycan və İran XİN rəhbərləri bölgədəki son prosesləri müzakirə ediblər- Yenilənib
30 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı daha da gərginləşməkdə olan regional vəziyyətdən dərin narahatlıq ifadə olunub.
Bölgədə hərbi toqquşmaların tezliklə dayandırılması istiqamətində diplomatik səylərin artırılmasının vacibliyi vurğulanıb.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
22:51
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
Crossmedia.az xəbər verir ki, bu barədə A. Əraqçi özünün "Telegram" kanalında məlumat bölüşüb.
Söhbət zamanı bölgədəki son proseslər və ikitərəfli münasibətlər müzakirə olunub.
22:58 30.03.2026
Oxunuş sayı: 52