Xalq artisti: Rasim Balayevin ölümü çox böyük zərbə oldu
Rasim Balayevin ölümü çox böyük zərbə oldu.
Bu fikri Xalq artisti Rasim Balayevin dəfn mərasimində Crossmedia.az-a açıqlamasında xalq artisti Valeh Kərimov bildirib.
O, Rasim Balayevin ölümünün çox böyük zərbə olduğunu qeyd edib.
"Rasim Balayevin ölümü hamızı üzdü. Onun ölümü yazın bu gözəl çağında bir təzad oldu. Çox təəssüf edirəm ki, biz onu itirdik".
O, həmçinin mərhumla son danışığından da söz açıb:
"Biz hər bayram bayramlaşırıq. Sonuncu dəfə dedi ki, yaxşı deyiləm gedirəm xaricə. Nə deyim Allah rəhmət eləsin".
Elmir Heydərli
15:11 30.03.2026
Oxunuş sayı: 67