ABŞ prezidentinin elçisi: İlham Əliyev Azərbaycanın inkişaf istiqamətini dəyişib
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Vitkoff Mayamidə keçirilən investisiya forumunda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin inkişafında oynadığı rolu vurğulayıb.
Crossmedia.az-ın məlumatına görə Vitkoff bildirib ki, dünyada müsbət liderlik nümunələri mövcuddur və bu baxımdan İlham Əliyevin fəaliyyəti diqqət çəkir. Onun sözlərinə görə, Azərbaycan Prezidenti ölkəsinin inkişaf istiqamətini tamamilə dəyişməyi bacarıb.
“Düşünürəm ki, biz müsbət liderliyə əməl etməliyik. Dünyada bir çox görkəmli lider var. Azərbaycan Prezidenti İlham Əliyevə baxın - o, ölkəsinin inkişaf istiqamətini tamamilə dəyişdirdi. Düşünürəm ki, Sülh Şurası həqiqətən də eyni fikirləri bölüşən bir çox insanı bir araya gətirir”, - deyə o qeyd edib.
Çıxışı zamanı Vitkoff digər ölkələrin liderlərini də nümunə göstərib. O, Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman Əl-Tani və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman-ın liderliyini də yüksək qiymətləndirib.
12:36 28.03.2026
Oxunuş sayı: 59