Hikmət Hacıyev TDT rəhbərləri köməkçilərinin görüşündə iştirak edib
Macarıstan tərəfinin dəvəti ilə Budapeştdə Türk Dövlətləri Təşkilatı çərçivəsində dövlət və hökumət başçılarının köməkçiləri səviyyəsində uğurlu görüş keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki hesabına yazıb.
H.Hacıyev qeyd edib ki, görüş zamanı Türk Dövlətləri Təşkilatının Qəbələ Zirvə Toplantısının nəticələri nəzərdən keçirildi və Azərbaycanın sədrlik prioritetlərinə istinadən mövcud qlobal çağırışlar kontekstində təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulandı.
"Prezident İlham Əliyevin əvvəlki Türk Dövlətləri Təşkilatı Zirvə Toplantılarında vurğuladığı kimi, türk dünyası - gənc demoqrafiyası, zəngin təbii sərvətləri, enerji potensialı və əsas nəqliyyat marşrutları da daxil olmaqla strateji geosiyasi mövqeyi ilə - Avrasiya qitəsində əhəmiyyətli bir yer tutur və Türk Dövlətləri Təşkilatı mühüm geosiyasi mərkəzə çevrilib", - H.Hacıyev yazıb.
18:40 27.03.2026
Oxunuş sayı: 57