Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub
Azərbaycan Prezidentinin ailəsini şantaj edən şəxs barədə yeni detallar məlum olub.
Crossmedia.az xəbər verir ki, bu barədə REAL TV-nin rəhbəri Mir Şahin Ağayevin təqdimatında "Mir Şahinin vaxtı" verilişində bildirilib.
Vurğulanıb ki, Prezidentin ailəsini şantaj edən şəxs Salmanov Fərid İlqar oğludur. O, 2003-cü ildən Bakıda yaşayıb, jurnalist kimi "Ayna", "Zerkalo" və "Bizim əsr" qəzetlərində çalışıb.
Qeyd edilib ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmalarla Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Salmanov Fərid İlqar oğlunun digər şəxslərlə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında digər şəxslər barədə qəsdən yalan, rüsvayedici məlumatlar yayma hədəsi ilə, xüsusən külli miqdarda pul vəsaiti tələb etməsinə əsaslı şübhələr yaranıb.
23:43 22.03.2026
Oxunuş sayı: 50