Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi aparıb
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nordic-Baltic Eight (Şimali Baltik Səkkizliyi) ölkələrinin siyasi direktorları ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, o, bu barədə "X" sosial media hesabında yazıb.
"Nordic-Baltic Eight (NB8)" ölkələrinin siyasi direktorları ilə səmərəli fikir mübadiləsi apardım. Bu, NB8-in Azərbaycana ikinci belə səfəridir və biz məmnunuq ki, NB8 ilə Azərbaycan arasında siyasi dialoq və məsləhətləşmələr inkişaf etməkdə davam edir", - paylaşımda qeyd olunub.
16:57 19.03.2026
Oxunuş sayı: 52