Prezidentlə Xanobanın balaca sakininin səmimi söhbəti: Sənin maşınından istəyirəm - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.
Crossmedia.az xəbər verir ki, sonra dövlətimizin başçısı və birinci xanım kəndə köçmüş Bəybala Qasımovun evində olublar.
Evdən ayrılarkən Qasımovların övladı Prezidentlə xanımın əlindən tutaraq avtomobilə əyləşib.
Mehriban xanım ondan nə istədiyini soruşanda oğlan əvvəlcə "KamAZ" markalı maşın istədiyini deyib. Sonra isə fikrini dəyişərək üzünü Prezidentə tutub: "Yox, mən sənin maşınından istəyirəm".
Bu mükalimə sakinləri güldürüb.
Görüntüləri təqdim edirik:
17:54 18.03.2026
Oxunuş sayı: 1928