İran səfiri Azərbaycana təşəkkür etdi
İran səfiri Müctəba Dəmirçilu Azərbaycana humanitar yardım göndərdiyinə görə təşəkkür edib.
Crossmedia.az xəbər verir ki, o deyib:
"Bu vəziyyətdə Azərbaycan İrana diqqət yetirib, öz qardaş və bacılarına yardım edib. Bu, bizim ortaq mədəniyyətimizdən irəli gəlir, çətin anlarda bir-birimizə kömək edirik".
Həmçinin, "Qarşıdan Ramazan və Novruz bayramları gəlir. Belə bir gündə yardımın göstərilməsi müsbət addımdır”, - deyə İranın Azərbaycandakı səfiri jurnalistlərə bildirib.
16:56 18.03.2026
Oxunuş sayı: 84