Azərbaycan sərhədlərinin mühafizəsi müzakirə olunub
Dövlət Sərhəd Xidmətində xidməti-döyüş fəaliyyətinin icrasında fərqlənən bir qrup hərbi qulluqçu təltif olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə DSX-dən məlumat verilib.
Bildirilib ki, Novruz bayramı ərəfəsində keçirilən tədbirdə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu və sərhəd mühafizəsi sahəsində görülən işlərdən danışılıb, dövlət sərhədlərinin təhlükəsizliyinin strateji əhəmiyyəti xüsusi vurğulanıb.
DSX-nin rəisi general-polkovnik Elçin Quliyev təltif olunan hərbi qulluqçuların nümunəvi xidmətlərini yüksək qiymətləndirərək gələcək fəaliyyətlərində də eyni əzmkarlıq və məsuliyyət nümayiş etdirəcəklərinə inamını ifadə edib.
17:13 17.03.2026
Oxunuş sayı: 363