Baş nazir YENİ QƏRAR İMZALADI
Nazirlər Kabineti "Büdcə sistemi haqqında" qanunda dəyişiklik edilməsi barədə 14 iyul 2025-ci il tarixli qanunun tətbiqi, bununla əlaqədar Prezident İlham Əliyevin bəzi fərmanlarında və sərəncamında dəyişiklik edilməsi haqqında 4 avqust 2025-ci il tarixli fərmanını icra edib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək. Söhbət Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondundan, Ətraf mühitin mühafizəsi üzrə dövlət fondundan, eləcə də xüsusi mühafizə olunan təbiət ərazilərinin, yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri istisna olmaqla, idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondlarından gedir.
15:42 17.03.2026
Oxunuş sayı: 1378