Binəli Yıldırım: Azərbaycan–Türkiyə qardaşlığını heç kim poza bilməz
Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım sosial mediasında Azərbaycan əleyhinə yayılan paylaşımlara münasibət bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Yıldırım qeyd edib ki, heç kim Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərini poza bilməz.
O bildirib: “Hiyləgərlik edən hər kəs Azərbaycan və Türkiyə arasındakı qardaşlığı poza bilməz, amma özünə zərər verə bilər”.
19:25 14.03.2026
Oxunuş sayı: 67