Köç karvanı Xanoba kəndinə çatıb
İlk köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb.
Crossmedia.az xəbər verir ki, doğma yurduna qayıdan ailələri kənddə Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında Xüsusi Nümayəndəliyi, Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin rəsmiləri, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.
Bu mərhələdə Xanoba kəndinə 25 ailədən ibarət 114 nəfərin qayıdışı baş tutub.
14:00 14.03.2026
Oxunuş sayı: 48