TƏCİLİ: Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə bu məsələni müzakirə etdi
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə TRIPP layihəsini müzakirə edib.
Crossmedia.az xəbər verir ki, o bununla bağlı "X " sosial media hesabında post paylaşıb.
"Avropa İttifaqının Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi səfir Eduard Stiprais ilə regional əməkdaşlıq, xüsusilə əlaqəlilik, eləcə də Trans-Xəzər və TRIPP layihələri ilə bağlı səmərəli müzakirələr apardıq. Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasında tam üzvlüyü nəzərə alınmaqla, bu format çərçivəsində əməkdaşlıq üçün mühüm imkanlar mövcuddur", - paylaşımda qeyd olunub.
12:32 14.03.2026
Oxunuş sayı: 6051