Ceyhun Bayramov Türkiyəyə növbəti raket hücumunu qınayıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı aparılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Telefon danışığı zamanı regionda mövcud təhlükəsizlik vəziyyəti və artan gərginlik müzakirə edilib.
C. Bayramov bu gün Türkiyə Respublikasının ərazisinə növbəti raket hücumunu qınayıb, qardaş Türkiyəyə dəstəyini ifadə edib. Hərbi eskalasiyanın daha da genişlənməsinin arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyi vurğulanıb.
Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
20:08 13.03.2026
Oxunuş sayı: 50