ŞAD XƏBƏR: Ət ucuzlaşa bilər
Bəzi şəxslərin yeni iş yeri yaratmaq əvəzinə, iş yerlərini məhdudlaşdırmaq, yaşına, təcrübəsinə, ailə vəziyyətinə baxmadan, insanları işsiz qoymaq, ixtisarlar etmək təşəbbüsləri narahatlıq doğurur və hər birimiz bu məsələlərin fərqində olmalıyıq.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.
Sədr bildirib ki, bazarda bəzi kənd təsərrüfatı məhsullarının, xüsusilə ətin, südün, yumurtanın bahalaşması əlavə tədbirlərin görülməsini zərurətə çevirir:
“Bu istiqamətdə hər bir nazirliyin, komitənin, agentliyin yardımçı təsərrüfatın yaradılması faydalı ola bilər. Hər bir müəssisə, təşkilat 50-100 hektar torpaq sahəsi götürüb orada kənd təsərrüfatı məhsulları yetişdirilməsinə imkan yaradarsa, bu, həm bazarda qiymətlərin aşağı düşməsinə, həm xeyli insanın işlə təmin edilməsinə, həm də həmin təşkilatlarda çalışan işçilərin ucuz kənd təsərrüfatı məhsulları - ət, süd, tərəvəzlə təmin olunmasına kömək etmiş olar”. (trend)
16:27 13.03.2026
Oxunuş sayı: 51