Lu Mey Azərbaycana Çin vətəndaşlarının İrandan təxliyəsinə görə təşəkkür edib
Çinin Bakıdakı səfiri Lu Mey Azərbaycan hökumətinə ölkə vətəndaşlarının İrandan təxliyəsində göstərdiyi köməyə görə minnətdarlığını ifadə edib.
Crossmedia.az-ın məlumatına görə, Çin diplomatı bunu bu gün brifinqdə bəyan edib.
"Xüsusilə vurğulamaq lazımdır ki, ABŞ və İsrailin İrana qarşı əməliyyatının başlanmasından bəri Azərbaycan hökuməti Çin vətəndaşlarının İrandan təxliyyəsinə fəal şəkildə kömək edib. Astara sərhəd-keçid məntəqəsi vasitəsilə 600-dən çox Çin vətəndaşının sərhədi uğurla keçməsini təmin edilib. Bu, Çin və Azərbaycan arasındakı yüksək səviyyəli siyasi etimadın növbəti təsdiqidir. Bu baxımdan, göstərilən yardıma və hərtərəfli dəstəyə görə Azərbaycan hökumətinə dərin minnətdarlığımı bildirirəm", - Lu Mey deyib.
11:16 13.03.2026
Oxunuş sayı: 45