Hikmət Hacıyev: Beynəlxalq təşkilatların problemlərimizi həll etməsini gözləmirik
Azərbaycan beynəlxalq təşkilatların problemlərini həll etməsini gözləmir.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XIII Qlobal Bakı Forumu çərçivəsində baş tutan panel müzakirədə deyib.
Onun sözlərinə görə, bölgə və bölgədənkənar ölkələr maraqlarını ortaya qoyub regionu inkişaf etdirə bilər:
"Beynəlxalq təşkilatların bizim problemlərimizi həll etməyini gözləmirik. Düzdür, müstəqilliyin ilk illərində onlardan gözləntilərimiz var idi. Amma, məsələn, ATƏT iflasa uğramış təşkilat oldu və bölgədə münaqişəsinin həllinə nail ola bilmədi. Onun Minsk qrupu da iflasa uğradı. Nəticədə biz hərbi və siyasi yollarla münaqişəni həll edə bildik, sülhə nail olduq. İndi Azərbaycan və Ermənistan sülh şəraitində əməkdaşlığı davam etdirir".
Prezidentin köməkçisi eyni zamanda əlavə edib ki, Azərbaycan öz gündəliyini özü təyin edir:
"Bəziləri düşünür ki, bu, hərbi güclə bağlıdır. Yanaşmamız odur ki, rəqabətdə iştirak etmirik. Orta güc problemlərin həllinə yönələn bir istiqamətdir. Bundan başqa, Azərbaycan üçün enerji təhlükəsizliyi çoxtərəfli diplomatiyanın uğurlu nümunəsidir".
16:18 12.03.2026
Oxunuş sayı: 50