Rus adları yığışdırılır, türk adları geri qaytarılır
Azərbaycanda rus mənşəli ad daşıyan bir neçə kəndin adı dəyişdiriləcək.
Crossmedia.az bu barədə məlumat verir.
Məlumata görə, Azərbaycanda yaşayış məntəqələrinə tarixi Azərbaycan toponimlərinin qaytarılması prosesi davam edir. Quba rayonunda yerləşən Vladimirovka kəndinin adının Elbir, Alekseyevka kəndinin Çınarlı, Timiryazev kəndinin isə Bəhrəli olaraq dəyişdirilməsi qərara alınıb.
Məsələ Azərbaycan Respublikası Milli Məclisi yanında fəaliyyət göstərən Toponimiya Komissiyasının iclasında müzakirə olunub. Qərarın məqsədinin toponimikanın tənzimlənməsi və yaşayış məntəqələrinin tarixi adlarının bərpası olduğu bildirilib.
Turqut Ansari
17:15 11.03.2026
Oxunuş sayı: 491