Dubayda xəsarət alan azərbaycanlının son durumu AÇIQLANDI
Yaxın Şərqdə hərbi eskalasiyanın ilk günlərində Dubay şəhərində xəsarət alan və xəstəxanaya yerləşdirilən Azərbaycan vətəndaşının müalicəsi yekunlaşıb və o, bu gün xəstəxanadan buraxılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Dubay şəhərindəki Baş konsulluğundan bildirilib.
Qeyd olunub ki, Baş konsulluq vətəndaşı və ailə üzvünü hava limanına yola salıb. Həmin şəxsin bu gün Dubaydan müntəzəm reyslə Azərbaycana geri qayıdışı nəzərdə tutulur.
15:39 11.03.2026
Oxunuş sayı: 51