Naxçıvana səfər edən sərnişin: Prezidentimizin sayəsində hava yolu açıldı
Muxtar respublikaya hava yolu Prezidentimizin sayəsində açıldı. Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğana da təşəkkür edirik. O da bu məsələdə çox dəstək oldu. Hava yolu bağlananda ikinci yolumuz məhz Türkiyədən, İğdırdan oldu.
Crossmedia.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Bakı-Naxçıvan-Bakı aviareysi bərpa olunduqdan sonra həmin reyslə Naxçıvana qayıdan ilk sərnişinlərdən olan Lətif Mehdiyev deyib.
Sərnişin qeyd edib ki, o, sonuncu dəfə 7 il bundan əvvəl Naxçıvanda olub: "Uzun müddətdən sonra muxtar respublikaya gəlişim bu günə təsadüf etdi. Bir daha dövlətimizə bizim üçün yaradılan şəraitə görə minnətdarlıq edirəm".(AZƏRTAC)
21:15 09.03.2026
Oxunuş sayı: 44