İrandan daha bir neçə ölkənin vətəndaşları Azərbaycana təxliyə edilib
"Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan bu gün saat 9:00-dan 20:00-dək Azərbaycana 45 nəfər təxliyə edilib.
Crossmedia.az xəbər verir ki, 6 Azərbaycan, 8 Rusiya, 12 Çin, 3 Qazaxıstan vətəndaşı, habelə Sloveniyanın 2, Ruminiyanın 2 diplomatı, eyni zamanda İsveçrənin 1, Belçikanın - 2 diplomatı, Macarıstanın 9 diplomatı təhlükəsiz şəkildə Azərbaycana təxliyə olunublar.
Təxliyə prosesi müvafiq təhlükəsizlik və qeydiyyat prosedurlarına uyğun şəkildə həyata keçirilir.
19:24
"Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan 5 ölkənin diplomatik nümayəndəliklərinin əməkdaşları Azərbaycana təxliyəsi həyata keçirilib.
Crossmedia.az xəbər verir ki, saat 17:00-dan Sloveniyanın diplomatik nümayəndəliyinin 2, Macarıstanın 8, Rumıniyanın 2, Belçikanın 3, İsveçrənin diplomatik nümayəndəliklərinin 1 əməkdaşı Azərbaycana təxliyə olunub.
Eyni zamanda Çinin 7 vətəndaşının da Azərbaycana təxliyəsi həyata keçirilib.
20:37 08.03.2026
Oxunuş sayı: 64