Macarıstanın İrandakı səfiri təxliyə köməyinə görə Azərbaycana təşəkkür edib
Macarıstanın İrandakı səfiri təxliyə köməyinə görə Azərbaycana təşəkkür edib
Macarıstanın İrandakı səfiri Jola Peto İslam Respublikasından diplomatların təxliyəsində göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib.
Crossmedia.az xəbər verir ki, diplomat "Astara" dövlət sərhədindən buraxılış məntəqəsində jurnalistlərə minnətdarlığını bildirib.
"Hər şey rahat keçdi. Səmimi qarşılama üçün çox sağ olun. İcazə verin həmkarlarıma qoşulum", - Peto deyib.
Qeyd edək ki, "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan 5 ölkənin diplomatik nümayəndəliklərinin əməkdaşları Azərbaycana təxliyəsi həyata keçirilib. Onların arasında Macarıstanın diplomatik nümayəndəliyinin 8 əməkdaşı da var.
20:02 08.03.2026
Oxunuş sayı: 59