Naxçıvanın vurulması son damla oldu: İslam dünyası birləşir
Ukrayna Ali Radasının Müdafiə və təhlükəsizlik alt komitəsinin sədri Fedor Venislavski deyib ki, İranın Azərbaycanın Naxçıvanda olan aeroportuna hücumu beynəlxalq hüquq baxımından tam olaraq təcavüzdür.
O qeyd edib ki, hərbi nöqteyi-nəzərdən bu mənasız hücumdur:
"Mən bunu hücuma məruz qalan ölkələrə mesaj kimi qəbul edirəm. Bununla demək istəyirlər ki, İrana zərbələrin dayandırılması üçün çıxış etməsələr onları belə bir hal gözləyə bilər".
Alt komitənin sədrinin fikrincə, bu həmçinin İranın müharibəyə daha çox ölkənin qarışması istəyi ilə də bağlı ola bilər.
"Bu zəncirvari reaksiya doğura bilər və regionda, hətta dünyada proqnozlaşdırılmamış nəticələrə gətirib çıxarar. Hesab edirəm ki, bunlar İran rəhbərliyində hadisələrin inkişafı barədə strateji baxışın olmamasını göstərir", - o deyib.
İranın Naxçıvana hücumu, demək olar, artıq təsdiqlənib. Buja baxmayaraq, bəzi mütəxəssislər "B" variantını da istisna etmirlər.
Türkiyəli hərbi ekspert Abdullah Ünay Crossmedia.az-a açıqlamasında deyib ki, İran gərginlik istəmir: "Məncə, İranın belə bir niyyəti yoxdur. İan Xarici İşlər Nazirliyi də bunu bildirib. Bildirib ki, hədəf sərhədlər yaxınlığındakı ABŞ bazası idi. Lakin təəssüf ki, İran texnologiyası dəqiqliyi müəyyən edə bilmir və ya kəşfiyyatı yaxşı deyil. ABŞ İrandakı muzdlu casusları vasitəsilə vəziyyəti yaxından izləyir; məsələn, yüksək vəzifəli bürokratların görüşlərinin yerini və vaxtını müəyyən ediblər. Soyqırım törədən İsrail də zərbə endirib. Ən əsası, İslam dünyası Səlibçilərə qarşı birləşməlidir. Prezident Rəcəb Tayyib Ərdoğan bunun təşəbbüskarıdır. Ümid edirəm ki, bu, davam edəcək. Son hadisələrdən dərs çıxarmalıyıq".
14:20 07.03.2026
Oxunuş sayı: 54