Səfir SEPAH-ın “Naxçıvanın vurulması Azərbaycana xəbərdarlıqdır” açıqlamasına münasibət bildirib
Bu gün İrandan Azərbaycana və Azərbaycan Respublikasından İrana baxış, dostluq və mehriban qonşuluqdur.
Crossmedia.az xəbər verir ki, bunu İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu Baku TV-nin efirində “Naxçıvana atılan PUA ilə bağlı SEPAH öz Telegram kanalında “bu xəbərdarlıqdır” başlıqlı paylaşım edib. Bu nə deməkdir?” sualına cavab olaraq.
Səfir əlavə edib ki, hər insan əlinə bir telefon alıb sosial mediada necə istəyirsə, elə də paylaşım edir: “Fikrimcə, biz onları əsas götürməməliyik. Rəsmi şəxslərə və rəsmi mənbələrə baxmalıyıq”.
Qeyd edək ki, martın 5-də İran tərəfindən Naxçıvana dron hücumu həyata keçirilib. Dronlar Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminalının və Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb.
Ayhan
12:00 07.03.2026
Oxunuş sayı: 53