SEPAH Azərbaycanda ictimai xadimi öldürmək istəyib
Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan araşdırmalar zamanı terror planlarının təşkilində SEPAH-ın Kəşfiyyat Təşkilatının zabitinin iştirak etdiyi müəyyən olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Televiziyası-nın yayımladığı süjetdə məlumat verilib.
Bildirilib ki, aparılan istintaq tədbirləri nəticəsində SEPAH-ın Kəşfiyyat Təşkilatının polkovnik rütbəli zabiti Ali Asghar Bordbar Sheraminin terror planlarının təşkilində iştirak etdiyi üzə çıxıb.
Həmçinin İran vətəndaşları Zandkian Yaser Rahim, Rustamzada Behnam Sahibali, Azarundbileh Hosein Savar Saber və Sheikhzadeh Sajjad Moghadam Sati Sofi Evad barəsində beynəlxalq axtarış elan olunub.
22:15 06.03.2026
Oxunuş sayı: 612