Azərbaycan və Belarusun Baş nazirləri İran PUA-larının Naxçıvana zərbəsini müzakirə ediblər
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun belaruslu həmları Aleksandr Turçin ilə telefon danışığı baş tutub.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetindən məlumat verilib.
Telefon danışığı zamanı iki ölkə prezidentlərinin birgə səyləri nəticəsində müxtəlif sahələrdə Azərbaycan-Belarus çoxşaxəli tərəfdaşlığının dinamik inkişafı qeyd edilib.
Hökumət başçıları regiondakı cari vəziyyəti müzakirə ediblər. Ə.Əsədov İranın Naxçıvana pilotsuz uçuş aparatları ilə zərbələri barədə məlumat verib.
Baş nazirlər həmçinin Azərbaycan ilə Belarus arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunub.
20:21 06.03.2026
Oxunuş sayı: 472