Azərbaycanın İranda səfiri diplomatik heyətin təxliyəsi barədə məlumat verib
Əli Əlizadə, Azərbaycanın İranda səfiri, sosial şəbəkə platforması X (Twitter) hesabında diplomatik heyətin təxliyəsi ilə bağlı paylaşım edib.
Crossmedia.az xəbər verir ki, Tehrandakı səfirlik və Təbrizdəki Baş konsulluq heyətlərinin təxliyəsi üçün göstəriş verilib.
“Son üç ildə (2023-2026) artıq ikinci təxliyədir”, – deyə, Əli Əlizadə vurğulayıb.
Paylaşımda həmçinin diplomatik personalın təhlükəsizliyinin təmin edilməsinin əsas prioritet olduğu qeyd olunub.
17:53 06.03.2026
Oxunuş sayı: 457