Daha 24 Çin vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
Daha 24 Çin vətəndaşı İrandan Azərbaycana təxliyə olunub.
Crossmedia.az xəbər verir ki, təxliyə Astara sərhəd keçid məntəqəsi vasitəsilə həyata keçirilib. Əməliyyatın məqsədi regiondakı mövcud gərginlik fonunda xarici vətəndaşların təhlükəsizliyinin təmin olunmasıdır. Hazırda təxliyə edilən şəxslərin təhlükəsiz şəkildə yerləşdirilməsi və onların vəziyyəti ilə bağlı tədbirlər davam etdirilir.
17:30 06.03.2026
Oxunuş sayı: 395