İranın Naxçıvana dron hücumu ilə bağlı Azərbaycanın yanında olan ölkələrə təşəkkür edilib
Naxçıvana dron hücumu ilə bağlı Azərbaycanın yanında olan ölkələrə təşəkkür edilib.
Crossmedia.az bu barədə xəbər verir ki,Biz Azərbaycan Respublikasının ərazisinə İran tərəfindən həyata keçirilən dron hücumlarından sonra beynəlxalq tərəfdaşlarımızdan aldığımız dəstək bəyanatlarına, məktublara və telefon zənglərinə görə səmimi təşəkkürümüzü bildiririk.
Azərbaycanla nümayiş etdirilən həmrəyliyi, eləcə də ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına dəstəyin açıq şəkildə təsdiqlənməsini yüksək qiymətləndiririk.
Bu çətin zamanda Azərbaycanla həmrəylik göstərən bütün ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür edir, onların davamlı dəstəyini və əməkdaşlığını yüksək dəyərləndiririk.
16:45 06.03.2026
Oxunuş sayı: 589