İranın Naxçıvana hücumunun məqsədi açıqlandı
Regionda gərginliyin pik həddə çatdığı bir vaxtda İranın Azərbaycanın suveren ərazilərinə və mülki infrastrukturuna yönəlmiş son hərbi təxribatları ciddi narahatlıq doğurur. Xüsusilə Naxçıvan hava limanının hədəf alınması və mülki şəxslərin yaralanması ilə nəticələnən dron hücumları rəsmi Tehranın regional təhlükəsizliyə baxışını yenidən gündəmə gətirib.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu bildirib ki, İranın Azərbaycan ərazilərinə etdiyi dron hücumları, nəticədə 4 vətəndaşın yaralanması, təsadüfi və ya texniki səhv kimi təqdim edilə bilməz. Onun sözlərinə görə, araşdırılmamış cavablar, azmış dron və digər belə ifadələrlə bu hücumları ört-basdır etmək yolverilməzdir: "İranın Naxçıvandakı hava limanını vurmasının əsas məqsədi Naxçıvan və Azərbaycan arasındakı hava əlaqəsini kəsmək, Naxçıvanı Azərbaycandan ayırmaqdır. Bu addım İranın həm Azərbaycana, həm də ümumilikdə Ərəb və İslam dünyasına qarşı düşmənçiliyini ortaya qoyur. Heç bir müsəlman ölkəsi, o cümlədən Azərbaycan, İsrail və ABŞ-nin İranla bağlı hər hansı hərəkətlərinə dəstək verməyib. Buna baxmayaraq, Fars-Molla rejimi bu ölkələri hədəf alıb. Hücumlardan təsirlənənlər arasında Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və Azərbaycanın müəyyən əraziləri var".
Politoloq əlavə edib ki, Azərbaycan hazırda ciddi təhlükə ilə üz-üzədir: "Birləşmiş Ərəb Əmirlikləri, İraq və digər regionlar da bu hücumlardan zərər görüb ki, bu da İranın açıq-aqresiv hərəkətinin göstəricisidir. Əgər İran düşünürdüsə ki, qardaşlıq maskası altında bu əməlləri həyata keçirəcək və Azərbaycana, eləcə də İslam dünyasına qarşı aqresiyasını gizlədəcək, yanılır. İran Xarici İşlər Nazilriyi Azərbaycan ərazisini vurmadığını və bunun texniki səhv kimi təqdim olunduğunu iddia edir. Lakin bu cür açıqlamalar yalandan başqa bir şey deyil və İranın bu addımlarının nəticəsi qaçılmaz olaraq cavabını alacaq".
Nigar Yahyazadə
14:42 06.03.2026
Oxunuş sayı: 660