Azərbaycan müharibəyə başlayır: "İranın məhv olması..."
Regionda baş verən hərbi və siyasi gərginliklər fonunda dövlətlərin təhlükəsizlik məsələləri xüsusilə həssas mövzuya çevrilir. Yaxın Şərq və Cənubi Qafqaz kimi strateji əhəmiyyətə malik bölgələrdə hər hansı bir insident təkcə iki ölkə arasında deyil, bütövlükdə regionda sabitliyə təsir göstərə bilər. Belə şəraitdə dövlətlər arasında qarşılıqlı hörmətə, beynəlxalq hüquqa və diplomatik münasibətlərə əsaslanan davranışların qorunması son dərəcə vacib hesab olunur.

İranın Naxçıvana duron hücumu isə gözlənilməz bir hal kimi ölkə gündəminə çevrildi. Məsələ ilə bağlı Milli Məclisin deputatı Aydın Hüseynov Crossmedia.az-a açıqlama verib.
O, bu halların beynəlxalq hüquqa zidd olduğunu bəyan edərək, sözügedən təcavüz aktını qınayıb: "Bu gün İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasının hava limanı istiqamətində, eləcə də Şəkərabad kəndində məktəb yaxınlığında dron hücumunun həyata keçirildiyi barədə yayılan məlumatlar ciddi narahatlıq doğurur".
Deputat bu kimi halların yolverilməz olduğunu, Azərbaycan dövlətinin hər zaman beynəlxalq hüququn tərəfdarı olduğunu bildirərək, regionda stabilliyi qorumanın əsas amil olduğunu deyib:
"Regionda onsuz da gərginliyin yüksək səviyyədə olduğu bir vaxtda bu tip addımlar vəziyyəti daha da mürəkkəbləşdirir. Məhz buna görə İran tərəfi baş vermiş hadisə ilə bağlı ətraflı və aydın izahat verməli, bütün məqamlara tam aydınlıq gətirməlidir. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, Azərbaycan regionda sülhün əldə olunması üçün bütün zəruri addımları atır və daim qonşu dövlətlərlə xoş, qarşılıqlı hörmətə əsaslanan iqtisadi və siyasi münasibətlərin yüksək səviyyədə olmasının tərəfdarıdır. Bununla yanaşı, Azərbaycan Respublikası öz suveren ərazisini və vətəndaşlarının təhlükəsizliyini qorumaq hüququnu özündə saxlayır. İran məsələyə aydınlıq gətirməli, siyasi etikaya əməl etməlidir".

Hərbi ekspert Ədalət Verdiyev isə Azərbaycanın İrana qarşı hər hansı bir əməliyyat həyata keçirmədiyini, İran üçün heç bir təhlükə mənbəyi olmadığın bəyan bildirib: "Məhz buna görə də İranın Azərbaycana - Naxçıvanın Şəkərabad kəndinə edirdiyi zərbələr ləyaqətsiz və xain hücumun təzahürüdür. Azərbaycan tərəfi bu səbəbdən dərhal İranın üzr istəməsini və bu xain aktı icra edən hərbi qulluqçuların dərhal cəzalandırılmasını istəyir. Əks halda biz bu hücumun İranın Molla rejiminin əmri ilə həyata keçirildiyi qənaətinə gələ bilərik. Əgər ağılabatan və məntiqli bir izahı olmasa, biz hətta bunu müharibə səbəbi saya bilərik. Azərbaycanın qardaş Türkiyə və Pakistanla hərbi-müdafiə haqqında müxtəlif razılaşmaları var. Bu razılaşmalar icra olunduğu təqdirdə, müttəfiqlərimiz işə qarışması fonunda İranın məhv olması ilə nəticələnəcəyini bildirib.
Turqut Ansari
14:25 06.03.2026
Oxunuş sayı: 792