Qərbi azərbaycanlılar vətənlərinə qayıdır- Mühüm açıqlama
Son illər Qərbi azərbaycanlıların hüquqlarının bərpası və onların tarixi torpaqlarına qayıdış məsələsi həm ölkə daxilində, həm də beynəlxalq platformalarda daha çox müzakirə olunan mövzulardan birinə çevrilib. Bu istiqamətdə dövlət qurumları ilə yanaşı, insan hüquqlarının müdafiəsi ilə məşğul olan institutların da fəallığının artırılması vacib hesab olunur. Xüsusilə Ombudsman institutunun bu məsələdə hüquqi təşəbbüslər irəli sürməsi, beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırması və hüquq pozuntularının sənədləşdirilməsi istiqamətində fəaliyyətinin gücləndirilməsi gündəmdədir. Bəs, görəsən, Qərbi azərbaycanlıların hüquqlarının bərpası istiqamətində başqa hansı addımlar ata bilər?
Mövzu ilə bağlı hüquqşünas Fərhad Mehdiyev Crossmedia.az-a açıqlama verib:

"Qərbi Azərbaycan hüquqlarının bərpası yolunda görüləcək ən böyük iş onların mülkiyyət hüquqlarının bərpasıdır. Qovulan azərbaycanlıların çoxunun evi orada qaldı. Təbii ki, bununla da onların mülkiyyət hüquqları məhdudlaşdırılmış oldu. Bu günə kimi də heç bir kompensasiya almayıblar. Düşünürəm ki, onların konpensassiya məsələsi üzərində işləmək lazımdır".
Hüquqşünas ikinci məsələnin vətəndaşlarımızın oradakı qəbiristanlıqlarının olması olduğunu qeyd edib: "Vətəndaşların ora gedişini təmin etmək lazımdır, bu istiqamətdə iş görülməlidir. Digər məsələ ondan ibarətdir ki, əgər doğma yurdlarına qayıtmaq istəyənlər varsa bu da təmin olunmalıdır. Məsələn Azərbaycan deyib ki, ermənilər Qarabağa qayıtmaq istəyirsə, gəlib müəyyən şərtlərlə yaşaya bilərlər. Amma Ermənistan tərəfindən real təhlükəsizlik zəmanəti görünmür. Bu istiqamətdə də çalışmaq lazımdır".
Ayhan
12:19 06.03.2026
Oxunuş sayı: 454