BMT İranın Naxçıvana etdiyi dron hücumu barəsində açıqlama verib
İran İslam Respublikasının Azərbaycanın Naxçıvan bölgəsinə dron hücumu Azərbaycan suverenliyinin açıq-aydın pozulmasıdır.
Crossmedia.az xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.
Sözçü BMT Baş katibinin baş verənlərlə bağlı narahatlığını dilə gətirib:
"Biz Azərbaycan ərazisinə edilən dron hücumundan aşkar şəkildə çox narahatıq və ciddi təşviş keçiririk. Bu, Azərbaycanın suverenliyinin açıq-aydın pozulmasıdır", - o bildirib.
S. Düjarrik İranı beynəlxaq hüquqa və BMT nizamnamələrinə əməl etməyə çağırıb.(Report)
22:11 05.03.2026
Oxunuş sayı: 415