Daha bir ölkə İranın Azərbaycana hücumunu PİSLƏDİ
Niderland səfirliyi İranın Azərbaycana dron hücumlarını pisləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə səfirlik bəyanat yayıb.
“Biz bu gün səhər Naxçıvana edilən dron hücumunu şiddətlə qınayırıq. Belə addımlar Azərbaycanın təhlükəsizliyinin və ərazi bütövlüyünün pozulmasıdır. Bu, qəbuledilməzdir və regional stabilliyə ziyan vurur.
Bu çətin anda Azərbaycanla və zərərçəkənlərlə tam həmrəyliyimizi ifadə edirik”, - səfirlikdən bildirilib.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.
19:27 05.03.2026
Oxunuş sayı: 346