Bu gün Naxçıvan hava limanına İran tərəfindən dron zərbəsi endirildikdən sonra İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) öz Telegram kanalında açıqlama yayıb.
Crossmedia.az-ın məlumatına görə, bəyanatda bildirilib ki, Naxçıvan hava limanına hücum edən “Arash-2” PUA-sı “sionist rejim” və ABŞ zabitlərinin ölkə infrastrukturuna qarşı planlaşdırdığı hücumları əngəlləmək məqsədi daşıyıb. SEPAH zərbəni “darmadağın edici” adlandırıb, dronun 120 kiloqramlıq döyüş başlığı və yüksək məhvetmə gücü olduğunu qeyd edib.
Açıqlamada həmçinin iddia olunub ki, bu hücum Bakı üçün “muzdlu və xəyanətkar rejimə verilən sadəcə xəbərdarlıq zərbəsi” kimi qiymətləndirilməlidir.
Qeyd olunur ki, daha əvvəl SEPAH hücumu təkzib etmişdi, lakin son açıqlamada Azərbaycanla bağlı ittiham irəli sürülüb.