Bu gün Naxçıvan Beynəlxalq Hava Limanının ərazisinə düşən dron qalıqları nəticəsində aeroportun uçuş-eniş zolağına zərər dəyib.
Crossmedia.az xəbər verir ki, məlumata görə, dronun qalıqları hava limanının uçuş-eniş zolağına düşərək bir neçə yerdə asfalt örtüyünü zədələyib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, o cümlədən prokurorluq nümayəndələri cəlb olunub və faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu gün İran tərəfindən Naxçıvan istiqamətində dron hücumları həyata keçirildiyi bildirilir. Dronlardan birinin aeroportun terminalına, bir neçəsinin isə digər ərazilərə düşdüyü qeyd olunur.