Təbriz Gənclər İttifaqı İran rəsmilərindən Azərbaycan ərazisinə mümkün müdaxilə ilə bağlı rəsmi açıqlama tələb edib.
Crossmedia.az bu barədə İrran mediasına istinadən xəbər verir.
Birliyin yaydığı bəyanatda bildirilib ki, məsələ ilə bağlı bir sıra qeyri-müəyyən məqamlar mövcuddur və buna görə də İran hakimiyyətinin dərhal izahat verməsi vacibdir.
“Təbriz Gənclər İttifaqı olaraq İran rejimindən Azərbaycan ərazisinə müdaxilə iddiaları ilə bağlı operativ açıqlama gözləyirik. Mövcud qeyri-müəyyənlik aradan qaldırılmalıdır”, – deyə bəyanatda qeyd olunub.
Qurum eyni zamanda xəbərdarlıq edib ki, əgər rəsmi Tehran məsələ ilə bağlı aydın mövqe ortaya qoymasa, Təbrizdə etiraz aksiyalarına başlanıla bilər.