Naxçıvan hava limanındakı dron insidenti ilə bağlı təfərrüatlar məlum olub
İranın atdığı dronlardan biri Naxçıvan aeroportunda terminallarından birinə, daha bir neçə dron isə digər yerlərə düşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Məlumata görə bir dron isə Naxçıvan şəhərində məktəbin yaxınlığına düşüb.
13.07
Martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına düşən dronla bağlı yeni detallar məlum olub.
Crossmedia.az xəbər verir ki, dron "Arash2" tipli olub.

12.43
Martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub.
Crossmedia.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkəkabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.
Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım avtomobilləri cəlb olunub.

12.29
Naxçıvan hava limanı ətrafına ikinci dronun yaxınlaşdığı iddia olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Məlumata görə, aeroportun əsas binasında yanğın başlayıb.


12.07
Naxçıvan hava limanı yaxın ətrafına İran istehsalı olan Shahed-136 dronu düşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Təfərrüatlar məlum deyil.
13:12 05.03.2026
Oxunuş sayı: 6840