Azərbaycan və Britaniya süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib
Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Londonda Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü Lord Con Alderdays arasında görüş keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsində hesabında bildirib.
Görüş zamanı Azərbaycan və Birləşmiş Krallıq arasında Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində süni intellekt, kibertəhlükəsizlik və texnologiya istiqamətlərində əməkdaşlığın perspektivlərini müzakirə edilib.
Eyni zamanda fiziki və rəqəmsal bağlantıların genişləndirilməsi, süni intellekt əsaslı data mərkəzlərinə sərmayə imkanları, rəqabətədavamlı enerji resursları, nəqliyyat infrastrukturunun inkişafı, Böyük Britaniya universitetləri ilə birgə kadr hazırlığı proqramlarının həyata keçirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
19:31 04.03.2026
Oxunuş sayı: 499