Son iki saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib
İrandan Azərbaycana martın 3-də saat 17:00-dan 19:00-a qədər "Astara" Dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə ümumilikdə 50 nəfərin təxliyəsi həyata keçirilib.
Crossmedia.az xəbər verir ki, onlardan 7-si Azərbaycan vətəndaşı olub.
Bundan başqa, Çin 16, Rusiya 15, Cənubi Afrika Respublikası 3, Gürcüstan 2, Filippin, İtaliya və Nigeriyanın hərəsinin 1 vətəndaşı təxliyə edilib.
Rusiya vətəndaşlarının ikisi səfirlik əməkdaşı olub.(Report)
19:13 03.03.2026
Oxunuş sayı: 411