Qazaxıstan AZAL təyyarə qəzası ilə bağlı araşdırmanı sürətləndirəcəyini bildirib
Qazaxıstan AZAL-a məxsus təyyarə qəzası ilə bağlı aparılan istintaqın mümkün qədər tez başa çatdırılacağını açıqlayıb.
Crossmedia.az bu barədə "RIA Novosti" agentliyinə istinadən xəbər verir ki, Qazaxıstan Nəqliyyat Nazirliyi bildirib ki, qəzanı araşdıran komissiya işi qısa müddətdə yekunlaşdırmaq üçün bütün səylərini səfərbər edib.
Nazirlikdən qeyd olunub ki, istintaqın dəqiq başa çatma tarixi hələ müəyyən edilməyib. Bununla belə, komissiya araşdırmanı mümkün qədər tez başa çatdırmaq üçün əlindən gələni edir.
09:47 03.03.2026
Oxunuş sayı: 701