Ayətullah Əlirza Ərafi Ali Rəhbərin səlahiyyətlərini müvəqqəti icra edəcək
İranın dini icmalarının lideri Ayətullah Əlirza Ərafi Ali Rəhbərin vəzifələrini müvəqqəti olaraq Prezident və Baş Hakimlə birlikdə icra etmək üçün seçilib.
Crossmedia.az xəbər verir ki, Ərafi İran Elmi Hövzələrinin rəhbəri və nüfuzlu din xadimlərindən biridir. O, Azərbaycanla bağlı mövqeyi ilə də tanınır.
Ərafi 7 oktyabr 2020-ci ildə Ermənistan–Azərbaycan münaqişəsi zamanı yaydığı bəyanatda bildirib ki, bütün beynəlxalq sənədlərdə Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz ərazisi kimi tanınır və bu ərazi Azərbaycana qaytarılmalıdır. O, həmçinin İslam dünyasını Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyə çağırıb.
Din xadimi İran–Azərbaycan münasibətlərində təfriqə yaratmaq istəyən qüvvələri tənqid edib və iki xalq arasında tarixi, dini və mədəni bağları vurğulayıb.
15:48 01.03.2026
Oxunuş sayı: 1209