Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub - YENİLƏNİB
15:20
Son saat ərzində daha 30 əcnəbi - Braziliya, Polşa, Çin, Nepal, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Fransa və Tunis vətəndaşları "Astara" sərhəd-keçid məntəqəsindən Azərbaycana təxliyə olunub.
Crossmedia.az xəbər verir ki, Azərbaycan tərəfi həmin şəxslərə keçid üçün zəruri şərait yaradıb.
Qeyd edək ki, onların arasında Çin vətəndaşları üstünlük təşkil edir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.
14:54
İrandan 10-a yaxın Çin, 4 Polşa vətəndaşı, daha 4 nəfər Qətər vətəndaşı "Astara" sərhəd-keçid məntəqəsindən Azərbaycana təxliyə olunub.
Crossmedia.az xəbər verir ki, Azərbaycan tərəfi həmin şəxslərə keçid üçün zəruri şərait yaradıb.
Hazirda Birləşmiş Ərəb Əmirliklərinin irandakı səfirliyinin 6 nəfər heyəti təxliyə edilir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.
14:30
Çinin üç vətəndaşı İrandan Azərbaycana təxliyə edilib.
Crossmedia.az xəbər verir ki, ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda xarici ölkə vətəndaşlarının İrandan Azərbaycana təxliyəsi davam etdirilir.
Qeyd edək ki, İrandan Azərbaycana təxliyə olunacaq Çin vətəndaşlarının ümumi sayının 10 nəfərdən çox olacağı gözlənilir.
11:02
İrandan 3 nəfər Banqladeş, 3 nəfər Qətər və 1 nəfər Pakistan vətəndaşı həmin ölkədəki vəziyyətlə əlaqədar "Astara" sərhəd-keçid məntəqəsindən Azərbaycana təxliyə olunub.
Crossmedia.az xəbər verir ki, Azərbaycan tərəfi həmin şəxslərə keçid üçün zəruri şərait yaradıb.
Qeyd edək ki, daha əvvəl Tacikistan, İtaliya vətəndaşları, Səudiyyə Ərəbistanının diplomatları Azərbaycana təxliyə edilib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.
12:40
İrandan 5 nəfər Tacikistan vətəndaşı "Astara" sərhəd-keçid məntəqəsindən Azərbaycana təxliyə edilib.
Crossmedia.az xəbər verir ki, Azərbaycan tərəfi həmin şəxslərə keçid üçün zəruri şərait yaradıb.
Onlar İran İslam Respublikasına müalicəyə getsələr də, mövcud vəziyyətlə əlaqədar olaraq geri qayıtmaq məcburiyyətində qalıblar.
Hazırda Səudiyyə Ərəbistanının 18 nəfərlik diplomatik nümayəndə heyəti "Astara" sərhəd-keçid məntəqəsindən təxliyə olunur.
Qeyd edək ki, daha əvvəl 30 nəfər Azərbaycan vətəndaşı, 1 nəfər İtaliya vətəndaşı ölkəmizə təxliyə olunub.
15:20 01.03.2026
Oxunuş sayı: 1546