Ramazan ayının 11-ci gününün iftar-imsak vaxtı
Sabah Ramazan ayının 11-ci günüdür. Ramazan təqviminə əsasən imsak vaxtı saat 05:49, iftar vaxtı saat 18:47-dür.
Crossmedia.az Ramazan ayının onuncu gününün duasını təqdim edir.
İmsak Duası
İlahi, bu mübarək ayda mənə Öz köməyin və mərhəmətin sayəsində yaxşılıq etməyi sevdirt. Qəlbimi xeyir işlərə meyilli et, məni gözəl əxlaqla zinətləndir. Ehtiyacı olana yardım etməyi, doğru söz deməyi, ədalətli davranmağı mənə asanlaşdır.
İlahi, məndə pisliyə və asi olmağa qarşı ikrah oyat. Günaha yaxınlaşdıran hər şeydən məni uzaq et. Nəfsimin istəklərinə qalib gəlməyi mənə nəsib et, qəlbimi təmizlə, düşüncələrimi saflaşdır. Qəzəbin və cəhənnəm odunu məndən uzaq et. Məni Öz rəhmətinə daxil et, bağışlanan və qəbul olunan bəndələrindən qərar ver. Dualarımı qəbul buyur, ibadətlərimi xalis et, niyyətimi Sənin razılığına uyğunlaşdır. Ey xilas olmaq istəyənlərin xilaskarı, məni də Öz mərhəmətinə nicat tapanlardan et. Bu ayı mənim üçün hidayət, bağışlanma və qurtuluş ayına çevir.
Amin!
İftar duası
İlahi, səndən ötürü oruc tutdum və sənin verdiyin ruzi ilə iftarımı açıram və sənə təvəkkül edirəm. Orucumu qəbul et. Bağışlayan və mehriban Allahım, adil alə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla.
Allah tutulan orucları qəbul etsin!
19:14 28.02.2026
Oxunuş sayı: 9964