Ağdərənin kəndlərinə yola salınan köç karvanları çatıb
Aşağı Oratağ, Çıldıran, Çapar və Heyvalı kəndlərinə yola salınan köç karvanları Ağdərə şəhərinə çatıb.
Crossmedia.az xəbər verir ki, bu kəndlərə qayıdan ailələri Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.
Bu mərhələdə Aşağı Oratağa 29 (141 nəfər), Çıldırana 10 (46 nəfər), Çapara 7 (22 nəfər) və Heyvalıya 17 ailə (84 nəfər) köçürülüb.
14:10 23.02.2026
Oxunuş sayı: 582