Minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq
Minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılması təsdiqlənib.
Crossmedia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla əlaqədar Əmək Məcəlləsinə edilmiş dəyişiklikləri təsdiqləyib.
Qanuna əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.
12:26 23.02.2026
Oxunuş sayı: 542