Ermənistan MTX-dən İrəvanda video çəkən azərbaycanlılarla bağlı AÇIQLAMA
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) azərbaycanlıların İrəvan şəhərində video çəkməsi ilə bağlı erməni KİV-lərinin sorğusunu cavablandırıb.
Crossmedia.az bu barədə erməni mediasına istinadən xəbər verir.
Qurumun açıqlamasında bildirilib ki, sözügedən şəxslər etnik azərbaycanlıdır və Rusiya Federasiyasının vətəndaşlarıdır.
Məlumata görə, onlar Ermənistana daxil olaraq Baqrataşen dövlət sərhəd-keçid məntəqəsi vasitəsilə ölkəni tərk ediblər. Səfərin özəl xarakter daşıdığı qeyd olunub.
MTX həmçinin əlavə edib ki, həmin şəxslər daha əvvəl – 2013 və 2014-cü illərdə də Ermənistana səfər ediblər.
11:17 21.02.2026
Oxunuş sayı: 616