Bərdədə I Qarabağ müharibəsinin itkin-şəhidi Qılman Hacıyevlə vida mərasimi keçirilib
Bərdə rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Qılman Surxay oğlu Hacıyevlə vida mərasimi keçirilib.
Crossmedia.az "Report" a istinadən xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Q.Hacıyev 1972-ci il noyabrın 16-da Bərdənin Kələntərli kəndində anadan olub. 1994-cü il fevralın 11-də Kəlbəcər rayonu, Yanşaq kəndi istiqamətində itkin düşüb.
Q.Hacıyev doğulduğu kənddə dəfn olunacaq.
13:32 20.02.2026
Oxunuş sayı: 557