Xocalının Xanabad kəndinə ilk köç karvanı çatdı
İlk köç karvanı Xocalının Xanabad kəndinə çatıb, mənzillərin açarları təqdim olunub. Crossmedia.az xəbər verir ki, Xocalı rayonunun Xanabad kəndinə ilk köç karvanı bu gün uğurla çatıb və sakinlərə mənzillərin açarları təqdim olunub.
İlk mərhələdə 38 ailə, ümumilikdə 154 nəfər kəndə qayıdıb. Ailələr əsasən ölkənin müxtəlif bölgələrində, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmışdılar.
Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları kəndə gələn sakinləri qarşılayıblar.
Tədbir "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşmanın təmin olunması məqsədilə həyata keçirilir.
14:07 19.02.2026
Oxunuş sayı: 408